• EN
  • AZ
  • RU
Post an ad
    • All vacancies
    • Categories
    • Industries
    • Companies
    • Regions
  • Internship program
  • Trainings
  • Latest vacancies
  • Internship program
  • Trainings
  • Favorites
    0
  • Subscribed categories
  • AZ
  • EN
  • RU
  • About
  • Contact Us
© JobSearch.az 2006—2026Site by Jeykhun Imanov StudioJeykhun Imanov Studio
JobSearchJobSearch
  • All vacancies
  • Categories
  • Industries
  • Companies
  • Regions

Tender üzrə MütəxəssisAEM Elektron
105
Kapital Bank
Kapital Bank

Kapital Bank

Banks,investments,leasing

Tender üzrə Mütəxəssis

Deadline 02 oct 2026
Banks,investments,leasing

İT məhsullarının satışı və distribusiyası üzrə fəaliyyət göstərən şirkətimiz üçün Tender üzrə Mütəxəssis axtarırıq.

Bu vəzifədə çalışan şəxs tenderlərin elan olunmasından nəticələrin yekunlaşmasına qədər bütün prosesə nəzarət edəcək, tender sənədlərinin hazırlanmasını və təqdim edilməsini təşkil edəcək, satış, texniki və maliyyə komandaları ilə koordinasiyalı şəkildə çalışacaq.

Əsas vəzifələr

  • Dövlət və özəl sektor üzrə elan olunan tenderlərin, kotirovka sorğularının və satınalma müsabiqələrinin gündəlik monitorinqini həyata keçirmək; 
  • Şirkətin fəaliyyət istiqamətinə uyğun tenderləri müəyyən etmək, ilkin kommersiya və iştirak imkanlarını qiymətləndirmək; 
  • Tender şərtlərini, texniki spesifikasiyaları, tələb olunan sənədləri və qiymətləndirmə meyarlarını ətraflı təhlil etmək; 
  • Tender üzrə tələblər matrisi (Compliance Matrix) hazırlamaq və hər bir tələbin yerinə yetirilməsinə nəzarət etmək; 
  • Tender sənədlərinin hazırlanmasını, toplanmasını, yoxlanılmasını və vaxtında təqdim edilməsini koordinasiya etmək; 
  • Texniki təkliflərin hazırlanması üçün Pre-Sales və texniki komanda ilə əməkdaşlıq etmək; 
  • Məhsulların texniki spesifikasiyalarının tender tələblərinə uyğunluğunu yoxlamaq; 
  • Kommersiya təkliflərinin hazırlanması üçün Satış, Maliyyə, Təchizat və Product/Brand Manager komandaları ilə koordinasiya aparmaq; 
  • Məhsul qiymətlərinin, stok vəziyyətinin, çatdırılma müddətlərinin, zəmanət və servis şərtlərinin tender tələblərinə uyğunluğunu təmin etmək; 
  • Tender üçün tələb olunan sertifikat, avtorizasiya məktubu, istehsalçı məktubu, texniki sənədlər və digər təsdiqedici sənədlərin əldə edilməsini təşkil etmək; 
  • İstehsalçı və distribyutorlarla tender çərçivəsində tələb olunan Manufacturer Authorization / Partner Authorization və digər sənədlərlə bağlı kommunikasiya aparmaq; 
  • Tender təkliflərinin elektron sistemlərə düzgün və vaxtında yerləşdirilməsini təmin etmək; 
  • Tender zamanı yaranan sualların, izahat sorğularının və əlavə sənəd tələblərinin operativ şəkildə cavablandırılmasını koordinasiya etmək; 
  • Tender nəticələrini izləmək, nəticələr üzrə hesabat hazırlamaq və rəhbərliyə təqdim etmək; 
  • Uduzulmuş və qazanılmış tenderləri təhlil edərək tender nəticələrinin, qiymət siyasətinin və rəqabət mühitinin analitik qiymətləndirilməsində iştirak etmək; 
  • Tender portfelini, son müraciət tarixlərini, statusları və nəticələri üzrə mütəmadi hesabatlılıq aparmaq; 
  • Tender sənədlərinin elektron və fiziki arxivləşdirilməsini təmin etmək; 
  • Tender prosesində şirkətin daxili prosedurlarına, satınalma qaydalarına və sənədləşmə standartlarına riayət olunmasını təmin etmək. 

Tələblər

  • Ali təhsil; 
  • Tender, satınalma, satış əməliyyatları və ya əlaqəli sahədə ən azı 2 il iş təcrübəsi; 
  • İT məhsulları, avadanlıqları və həlləri üzrə tender prosesləri ilə tanışlıq üstünlükdür; 
  • Tender sənədlərinin və texniki spesifikasiyaların oxunması və təhlili bacarığı; 
  • Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi kommunikasiya; 
  • İngilis və/və ya rus dili biliyi üstünlükdür; 
  • MS Office, xüsusilə Excel və Word proqramlarında yaxşı istifadə bacarığı; 
  • Elektron satınalma platformaları ilə işləmə təcrübəsi; 
  • Sənədlərlə sistemli və diqqətli işləmək bacarığı; 
  • Deadline-lara ciddi riayət etmək və paralel tender proseslərini idarə edə bilmək; 
  • Analitik düşüncə və detallara yüksək diqqət; 
  • Güclü kommunikasiya və koordinasiya bacarığı; 
  • Təzyiq altında və qısa müddət ərzində operativ işləmək qabiliyyəti; 
  • Komanda ilə işləmək və müxtəlif departamentlər arasında effektiv koordinasiya qurmaq bacarığı. 

Üstünlük veriləcək

  • İT avadanlıqları və texnologiyaları üzrə məhsul biliyi olan namizədlərə; 
  • Server, Storage, Networking, Cybersecurity, CCTV, Access Control, UPS və digər İT həlləri üzrə ümumi texniki anlayışı olanlara; 
  • Dövlət satınalmaları və elektron tender platformalarında praktiki təcrübəsi olanlara; 
  • Distribyutor və istehsalçı şirkətlərlə tender məqsədli kommunikasiya təcrübəsinə; 
  • Tenderlərin end-to-end idarə edilməsi üzrə təcrübəsi olanlara. 

Bu vəzifə üçün axtardığımız profil

Biz yalnız sənəd toplayan və tender platformasına fayl yükləyən əməkdaş axtarmırıq.

Axtardığımız mütəxəssis tenderi başlanğıcdan nəticəyədək idarə edə bilən, tender tələblərini düzgün oxuyub biznes və texniki komandaları koordinasiya edən, riskləri əvvəlcədən görə bilən və şirkətin tenderdə rəqabətqabiliyyətli təklif formalaşdırmasına töhfə verən peşəkardır.

Şirkət tərəfindən təklif edilir

  • Rəqabətqabiliyyətli əməkhaqqı; 
  • KPI və nəticəyə əsaslanan bonus sistemi; 
  • Peşəkar və dinamik iş mühiti; 
  • İT və texnologiya sektorunda inkişaf imkanı; 
  • Məhsul və texnologiyalar üzrə təlimlər; 
  • Peşəkar inkişaf və karyera imkanları; 
  • Beynəlxalq brendlər və İT həlləri ilə işləmək imkanı; 
  • Komanda daxilində satış, pre-sales, product management və digər funksiyalarla sıx əməkdaşlıq imkanı. 

Əgər tender prosesini sadəcə icra edən deyil, tenderin nəticəsinə təsir edən mütəxəssis olduğunuzu düşünürsünüzsə, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

Similar vacancies

Smeta və Tender üzrə Mütəxəssis / Mühəndis
333
Today

Smeta və Tender üzrə Mütəxəssis / Mühəndis

Karabakh Group

Xarici satınalmalar üzrə mütəxəssis
445
2 sep

Xarici satınalmalar üzrə mütəxəssis

Halal - P

Satınalma mütəxəssisi (tibb üzrə)
359
2 sep

Satınalma mütəxəssisi (tibb üzrə)

Medeks

Anbardar
714
2 sep

Anbardar

Business Service Centre LTD

Təchizat işləri üzrə mütəxəssis
503
3 sep

Təchizat işləri üzrə mütəxəssis

AZ Logistika and Management Services

Xarici satınalma üzrə mütəxəssis
270
3 sep

Xarici satınalma üzrə mütəxəssis

Company

telegram

Our Telegram channel will inform you about vacancies as soon as possible. Don't forget to subscribe

PrintComplain

About company

Kapital Bank operates successfully as heir of Saving Bank of Azerbaijan. Currently, Kapital Bank is the largest financial institution in Azerbaijan. Kapital Bank serves more than 3 million individuals and more than 22,000 legal entities. At the same time, Kapital Bank closely participates in a number of state- owned social projects and implements a number of development programs of real sector.

Kapital Bank on May 3, 2018 in accordance with the legislation of the Republic of Azerbaijan became a 100% owner of the Limited Liability company "BirKart non-bank credit organization" ("subsidiary"). The purpose of the creation of BirKart NBCO LLC is to improve access to financial resources of the population, especially the sale of card products at accessible points for stimulating non-cash payments.

map
  • AddressNasimi district, 71 Fuzuli St.,
    Baku 1007, Azerbaijan
  • Phone number+994 12 441 25 17
  • Websitekapitalbank.az

Kiçik Mühasib

Elit.EO
  • Bu gün
  • 242
  • 242
  • Bu gün

Frontend Developer

CELT Colleges
  • 28 avq
  • 1.1K
  • 1.1K
  • 28 avq

Sales Specialist

Invest AZ QSC
  • Bu gün
  • 242
  • 242
  • Bu gün

Kiçik Mühasib

Elit.EO
  • 28 avq
  • 1.1K
  • 1.1K
  • 28 avq